Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mənzil qiymətləri daha da yüksələcək

03.06.2026 13:54 477
Bakıda mənzil qiymətləri daha da yüksələcək
2026-cı ilin aprel və may ayları üzrə aparılan müşahidələr göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davam edib.

Bu barədə Teleqraf-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, mart ilə müqayisədə apreldə bazarda mülayim yüksəliş müşahidə olunsa da, mayda həm alıcılıq qabiliyyətinin, həm də investisiya fəallığının artması nəticəsində qiymət dinamikası daha da sürətlənib:

"Köhnə tikili mənzillərə tələbat yeni tikililərlə müqayisədə daha yüksək olub. Bunun əsas səbəbləri mərkəzi rayonlarda köhnə yaşayış fondunun üstünlük təşkil etməsi, qiymət baxımından əlçatanlıq və hazır mənzil bazarına marağın artmasıdır”.

Ekspert qeyd edib ki, kotlovan mərhələsində olan layihələr isə ən yüksək artım tempini qoruyub saxlayır:

"Tikinti xərclərinin yüksəlməsi, yeni layihələrin sayının məhdud olması və investor marağı bu seqmentdə qiymətlərin daha sürətli bahalaşmasına səbəb olub”.

Vüqar Oruc qeyd edib ki, hazırkı dinamika ilin ikinci yarısında da davam edərsə, bazarda ən yüksək qiymət artımı kotlovan layihələrində, daha sonra köhnə tikili mənzillərdə olacaq:

"Mərkəzi rayonlarda torpaq ehtiyatlarının məhdudluğu və yeni tikinti imkanlarının azalması xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarında qiymətlərin orta bazar göstəricilərindən daha sürətli yüksəlməsinə şərait yaradır. Bununla yanaşı, Nizami, Binəqədi və Xətai rayonları da yüksək likvidlik nümayiş etdirərək bazarın əsas hərəkətverici seqmentləri sırasında qalır”.

Son xəbərlər