Mojo.az Banner
13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video

08.10.2026 11:54 198
Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən "Golden Street" hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə FHN məlumat yayıb.

Həmin nöqsanları təqdim edirik:

Elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək müvafiq akt tərtib edilməyib, habelə ⁠elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;

Mətbəx otağının daxilində yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq qazla işləyən kombi qurğusu quraşdırılıb;

Obyektdə döşəmənin üzlənməsində istifadə olunan xalça örtüklərinin yanğın təhlükəsizliyi göstəricilərini təsdiq edən müvafiq sertifikat və uyğunluq sənədləri təqdim edilməyib;

Obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb və döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə yerləşdirilməyib;

Obyektdə yanğın təhlükəsizliyinin təmin olunması üçün təlimat və yaddaş kitabçaları işlənib hazırlanmayıb;

Yanğın zamanı insanların təxliyə edilməsi üçün köçürmə planı tərtib olunmayıb;

İnsanların təxliyəsi üçün "Çıxış" sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

Təxliyə yolları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb;

⁠⁠obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

Obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 7 ünvanında fəaliyyət göstərən "Golden Street" hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
скачать dle 11.3
Mojo.az Banner