Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İranda ekoloji böhran Azərbaycana çata bilərmi?

08.10.2026 15:21 801
İranda ekoloji böhran Azərbaycana çata bilərmi?
İran-İsrail qarşıdurması və ABŞ-ın İrana endirdiyi zərbələr ölkədə yalnız hərbi və humanitar nəticələri deyil, həm də ciddi ekoloji riskləri gündəmə gətirib. Xüsusilə neft və yanacaq obyektlərinin, sənaye müəssisələrinin, su infrastrukturlarının və digər strateji obyektlərin zədələnməsi nəticəsində atmosferə zəhərli maddələrin yayılması, torpaq və su ehtiyatlarının çirklənməsi ehtimalı artır.

Münaqişə zamanı yaranan yanğınlardan atmosferə yayılan tüstü və hissəciklərin insan sağlamlığı ilə yanaşı, kənd təsərrüfatına, ekosistemlərə və su hövzələrinə uzunmüddətli təsir göstərə biləcəyi bildirilir.

Hazırda İranın hansı bölgələri ekoloji baxımdan daha yüksək risk altında hesab olunur?

ABŞ və İsrailin İrana endirdiyi son zərbələrin ekoloji baxımdan ən ciddi nəticələri nələrdir?

İran hökuməti və ekoloji qurumlar hazırda zərbələrin yaratdığı çirklənməni necə monitorinq edirlər? 

Neft və sənaye obyektlərindəki yanğınlardan yaranan çirkləndiricilər yeraltı sulara və içməli su mənbələrinə keçə bilərmi?

Zərbələrin Xəzər dənizinə, Fars körfəzinə və İranın sahilyanı ekosistemlərinə mümkün təsirləri barədə hansı risklər mövcuddur?

Müharibə zamanı dağılan binalar, sənaye müəssisələri və hərbi obyektlərdən yaranan tikinti və hərbi tullantılar sonradan hansı ekoloji problemlərə səbəb ola bilər?

Hərbi əməliyyatların hədəfinə çevrilən neft, enerji və su infrastrukturlarının sıradan çıxarılması İran üçün “müharibədən sonrakı ekoloji böhran” yarada bilərmi?

İranın su qıtlığı fonunda su infrastrukturlarına zərbələr ekoloji böhranı humanitar böhrana çevirə bilərmi?
Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran İran və Güney Azərbaycan məsələləri üzrə tanınmış yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert Maşallah Rəzmi bildirilib:

"İranda müharibə başlamamışdan öncə də ekoloji faciə var idi. Çünki ötən 48 ildə İslam Cümhuriyyəti nə qədər su vardısa, hamısını istehlak etmişdi. Bunu qidadan tutmuş, kənd təsərrüfatını çoxaltmaq məqsədilə də etmişdilər. Nəticədə yeraltı sular və göllər tükənmək üzrə qalıb".

İranın əsasən quraq yer olduğuna diqqət çəkən mütəxəssis əlavə edib:

"Hazırda 200 metrə qədər quyu qazaraq Su əldə etməyə çalışırlar. Amma müharibə ölkənin ekoloji problemini ikiqat artırdı. Hər bir müharibədə ölkələr ekoloji itkilərlə üzləşir. İranda 12 günlük və 40 günlük savaşlarda ekoloji mənbələrə xəsarət yetirildi".

İranda əsas xəsarətin İran körfəzinə dəydiyini qeyd edən Maşallah Rəzmi qeyd edib:
"İran körfəzindən sonra Tehran, Təbriz və Şərqi Azərbaycan da ekoloji təsirlərə məruz qalıb. Amerika İranın "Dərya" hərbi qüvvələrini bombardman etdi. Gəmilərin hamısı suyun altına endi. Çox sayda neft tankerlərinə hücum olub. Bu zaman İran körfəzinə xeyli miqdarda neft tökülüb. Belə olan halda dənizdə yaşayan balıqlar və ətraf adalarda olan quşlar ziyan görüblər. Sahillərdən istifadə etmə imkanı da aradan qalxıb. İran körfəzinin şimal qismində isə bəndlər və zavodlar sıradan çıxıb. İranın cənub tərəfində içməli su o qədər də yoxdur. Şimal hissədə isə xeyli zavodlar yaradılmışdı. Dərya O zavodların suyunu dəyişir, duzsuzlaşdırırdı. Beləliklə, içməli su yaradılırdı. Bu su zavodları Bəndər Abbasda, və digər şəhərlərdə cəmiyyət üçün lazım idi. Eyni zamanda bu sular tankerlərə doldurularaq kəndlərə də göndərilirdi. Hazırda həmin kəndlərdə də su problemi olduğuna görə yaşayış üçün əlverişli deyil və boş qalıb".
Maşallah Rəzminin fikrincə, İran körfəzindəki ekoloji problem artıq yavaş-yavaş humanitar problemə çevrilir.

Tehrana dəyən ekoloji problemlərdən bəhs edən M. Rəzmi deyib:

"Tehranda neft, benzin anbarlarını dağıtdılar və ora günlərlə yandı. Nəticədə, Tehranın havası çirklənmiş, səmanı tüstü bürümüşdü. Bu hadisədən sonra qara rəngli yağış yağdı. Nəticədə asid və neft sulara qarışır və yeraltı sularını zəhərləyir. Bu, insanların sağlamlığı üçün illər boyu problemə çevriləcək. Hesablamalara görə, 40 min məskən viran olub və 10 milyon ton tullantı meydana çıxıb. Bunlar beton, şüşə, plastik, dəmir və kimyəvi maddələrdən ibarət tullantılardır. Hazırda tullantıların təmizlənməsi üçün hökümətin başı müharibəyə qarışıb və eyni zamanda maddi imkan da yoxdur. Bu tullantıların tərkibindəki kimyəvi mad yağış və qar vasitəsilə yeraltı sulara hopacaq".

"Təbii mənbələrin sıradan çıxması ekoloji problemlə yanaşı, iqtisadi problemlərə də yol açıb, insanlar işsiz qalıb. İsfahanda, Nətənzdə, Forduda və Ərakda uran istehsalı edilən yerlər də bombardman edilib. Radioaktiv maddələrin dağılması ilə bağlı məlumat isə verilməyib. Çünki insanların qorxmasını və qaçmasını istəmirlər. Nəticədə yaranan ekoloji problemləri gizlədirlər. Xüsusən də atomik məsələlərdə həssasdırlar. Bu 4 bölgəyə atılan bombalarda da uran maddəsi var. Bunlar zəif atomik bombalar sayılır. Gələcəkdə bunun üstü açılsa, ekoloji faciənin miqyası böyümüş olacaq. Torpağa dəyən zərbələr qıtlığa da səbəb olub. Hərbi əməliyyatlar zamanı bitki və heyvanlardan ibarət 16 ekoloji məntəqə xəsarət görüb. İndi həmin yerlər hərbi məntəqəyə çevrilib. Həmçinin 14 milyon ton karbon qazı havada qalaraq insanların tənəffüsünə mənfi təsir göstərir. Bu karbon qazı külək vasitəsilə qonşu ölkələrə də keçə bilər. Bunun təhlükələri təkcə İrana yox, qonşu ölkələrə də sirayət edir", — deyə sonda Maşallah Rəzmi yekunlaşdırıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner