Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - Foto

10.10.2026 15:56 249
İlham Əliyev Ramzan Kadırovu qəbul edib - Foto
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.

Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.

Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.

Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.

Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq".

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov deyib:

"Hörmətli İlham Heydər oğlu, Azərbaycanı və Çeçenistan Respublikasını daim bir çox cəhətlər birləşdirir. Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir. Allah onların hər ikisinə rəhmət eləsin. Onların hər ikisi sülh, sabitlik və mehriban qonşuluq münasibətləri üçün səy göstərirdi, bu səbəbdən mən buraya qonşulara deyil, qardaşlara səfərə gəlmişəm.

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək.

Bu günlərdə Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Sizin idmançıları layiqli nəticələr münasibətilə təbrik etmək istəyirəm. Çeçenistan Respublikasında Vladimir Vladimiroviç Putin adına cüdo üzrə Olimpiya Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Əminəm ki, birgə idman tədbirləri faydalı olacaq.

İlham Heydər oğlu, səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqına səmimi-qəlbdən sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimi qəbula görə bir daha sağ olun".

Prezident İlham Əliyev deyib:

"Xoş sözlərinizə görə sağ olun. Bir daha xoş gəlmisiniz. Siz çox düzgün qeyd etdiniz ki, bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.

Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.

Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız.

Siz Azərbaycana ilk dəfə səfər etmirsiniz. Bilirəm ki, Azərbaycan sizin üçün yaxın ölkədir. Əminəm ki, sizi gələcəkdə də Azərbaycanda tez-tez görə biləcəyik. Bir daha xoş gəlmisiniz".

Çeçenistanın başçısı Ramzan Kadırov: "Çox sağ olun".

Prezident İlham Əliyev: "Sağ olun".











скачать dle 11.3
Mojo.az Banner