"Telegram" istifadəçilərinə XƏBƏRDARLIQ: Dələduzlar yeni üsula əl atırlar
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Cinayətkarlar sistemdə şübhəli fəallıq aşkarlandığını və istifadəçinin hesabı ilə bağlı çoxsaylı şikayətlərin daxil olduğunu iddia edirlər. Onlar mesencerin istifadə qaydalarının pozulduğunu əsas gətirərək hesaba müəyyən məhdudiyyətlərin tətbiq ediləcəyi barədə xəbərdarlıq edirlər.
Dələduzlar bunun qarşısını almaq üçün istifadəçidən göndərilən keçidə daxil olaraq hesabını "təsdiqləməsini" tələb edirlər. Keçidə daxil olunmadığı təqdirdə hesabın bloklanacağı ilə hədələyirlər.
Lakin istifadəçi linkə daxil olduqda onun "Telegram" hesabına giriş məlumatları oğurlana bilər.
