Mojo.az Banner
11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |     11:11 İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı artdı  |     11:10 Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi  |     11:08 Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İddia  |     10:58 Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir  |     10:56 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfon istifadəçilərinə PIN kodları oğurlayan virusla bağlı XƏBƏRDARLIQ

27.12.2023 12:44 2 115
Smartfon istifadəçilərinə PIN kodları oğurlayan virusla bağlı XƏBƏRDARLIQ
PIN kodları və digər parolları oğurlamaq üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə edərək “Android” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonlarda əsas ekranın kilidinin açılmasının qarşısını alan yeni növ “Chameleon” zərərli proqram təminatı (PT) yayılır.

Bu barədə “ThreatFabric” şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssislərinin yeni hesabatına istinadən məlumat yayılıb.

“Chameleon” “Google Chrome” brauzeri üçün quraşdırma faylı ilə yayılır. Zərərli PT-ni “Chrome”un legitim versiyasına əlavə etmək üçün dələduzlar “darknet”də məşhur olan “Zombinder” xidmətindən istifadə edirlər. “Zombinder” zərərli fraqmentləri adi proqramların koduna daxil edir və onları aşkar etməyi çətinləşdirir.

Smartfona daxil olduqdan sonra, “Chameleon” biometrik kilidin açılması xidmətlərində xətalara gətirib çıxarır. Xəta istifadəçiləri PİN kodu daxil etməklə cihazın kilidini açmağa məcbur edir. Zərərli proqram bu kombinasiyanı qeyd edir və sonra sahibinin xəbəri olmadan smartfonun kilidini açmaq üçün ondan fon rejimində istifadə edir.

“Chameleon” uzun müddət qeyri-aktiv vəziyyətdə ola bilər, sonra isə birdən bloku açıb bank tətbiqi vasitəsilə vəsaitlərindən istifadə edə bilər. Bundan əlavə, “Chameleon” digər xidmətlərdən parolları, eləcə də məxfi məlumatları oğurlamaq üçün istifadə olunur.

Yeni virusdan qorunmaq üçün “Threat Fabric”in mütəxəssisləri “Google Play”də “Play Protect” funksiyasını işə salmağı və “Android” tətbiqləri üçün quraşdırma fayllarını endirməməyi tövsiyə edirlər.

Mənbə: BleepingComputerскачать dle 11.3
Mojo.az Banner