Mojo.az Banner
17:26 Azərbaycanda çimərliklər abadlaşacaq, dağ turizmi inkişaf edəcək  |     17:24 Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər  |     17:17 "İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı  |     16:52 "Neftçi"nin məğlub olacağını deyən dostunu küçədə döydü  |     16:49 Azərbaycanda viza ilə bağlı yenilik olacaq  |     16:44 V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlandı  |     16:42 AFFA-dan özünə xəsarət yetirən futbolçuya ağır cəza  |     16:35 Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq  |     16:25 Aviabiletlər daha əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək  |     16:15 Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR  |     15:55 Göyçayda stadionda faciə: 60 yaşlı kişi idman edərkən öldü  |     15:45 Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verildi  |     15:36 Rusiya hərbçiləri iki yaşayış məntəqəsini nəzarətə götürüblər  |     15:32 Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı  |     14:47 22 yaşlı fenomen motosiklet qəzasında həlak oldu  |     14:46 Gecə saatlarında Moskva bölgəsinə təxminən 250 dron uçub  |     14:38 "Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     14:30 "Xaricdə iş" vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu  |     14:07 "Tiktok"er "Bəniz" apellyasiya şikayəti verdi  |     13:59 Şəmkirdə bədbəxt hadisə baş verib  |    
Left Banner
Right Banner

Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir

20.08.2026 11:48 333
Rusiyada yaşayan azərbaycanlıları nə gözləyir? - Deportasiya qaydaları sərtləşir
Rusiyada miqrasiya qanunvericiliyinin daha da sərtləşdirilməsi istiqamətində atılan yeni addımlar ölkədə yaşayan və çalışan əcnəbilərin hüquqi vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Dövlət Dumasında baxılması gözlənilən qanun layihəsinə əsasən, inzibati xəta törədən xarici vətəndaşların deportasiya oluna biləcəyi halların siyahısının əhəmiyyətli dərəcədə genişləndirilməsi təklif edilir. Bəs bu dəyişikliklər Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına necə təsir göstərə bilər? Hansı pozuntular deportasiya riskini artırır və soydaşlarımız yeni qaydalara uyğun olaraq hansı hüquqi tələblərə xüsusi diqqət yetirməlidirlər?

Bu barədə Median.Az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, Rusiyada miqrasiya qanunvericiliyində son dövrlərdə edilən dəyişikliklər bütün əcnəbilər kimi Azərbaycan vətəndaşlarına da aiddir:

“Bu dəyişikliklərin əsas məqsədi miqrasiya proseslərinə nəzarəti gücləndirmək və ölkədə qanuni əsaslarla yaşayan şəxslərin hüquqi statusunu daha dəqiq tənzimləməkdir. Yeni qaydalar Azərbaycan vətəndaşlarının hüquqlarını məhdudlaşdırmaq üçün deyil, miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarəti artırmaq üçün nəzərdə tutulub. Lakin bu qaydalara əməl edilmədiyi halda hüquqi nəticələr əvvəlki dövrlə müqayisədə daha ciddi ola bilər. Rusiyada yaşayan və ya işləyən Azərbaycan vətəndaşları ilk növbədə ölkədə qalma müddətinə, miqrasiya qeydiyyatına və əmək fəaliyyəti ilə bağlı sənədlərinin etibarlılığına diqqət yetirməlidirlər. Bir çox hallarda insanlar sənədlərin vaxtının bitməsinə və ya qeydiyyatın yenilənməsinə laqeyd yanaşırlar. Halbuki belə hallarda inzibati məsuliyyət yarana, hətta ölkədən çıxarılma barədə qərar qəbul oluna bilər. Deportasiya riski əsasən miqrasiya qaydalarının pozulması zamanı yaranır. Məsələn, icazə verilən müddətdən artıq Rusiyada qalmaq, yaşayış yeri üzrə qeydiyyatdan keçməmək, tələb olunduğu halda əmək patenti və ya iş icazəsi olmadan işləmək, saxta sənədlərdən istifadə etmək və ya miqrasiya orqanlarına yanlış məlumat vermək ciddi hüquqi məsuliyyət doğura bilər. Bundan başqa, məhkəmə qərarı ilə ölkədən çıxarılmanı tələb edən inzibati xətalar və ya digər qanun pozuntuları da deportasiya üçün əsas hesab oluna bilər”.

O qeyd edib ki, yeni qaydalara əsasən bəzi kateqoriyadan olan əcnəbilər biometrik qeydiyyat, tibbi müayinə və digər prosedurlardan keçməlidirlər:
“Bu tələblərin yerinə yetirilməməsi də miqrasiya statusuna mənfi təsir göstərə bilər. Buna görə də Rusiyada yaşayan soydaşlarımız yalnız iş tapmaqla kifayətlənməməli, hüquqi statuslarının daim qüvvədə olmasına nəzarət etməlidirlər. Bu mərhələdə ən vacib məsələ hər bir Azərbaycan vətəndaşının bütün sənədlərini vaxtında rəsmiləşdirməsi, onların etibarlılıq müddətini izləməsi və hər hansı dəyişiklik baş verdikdə bunu aidiyyəti dövlət orqanlarına vaxtında bildirməsidir. Çünki əksər hallarda deportasiya birdən-birə deyil, əvvəlcədən yol verilmiş hüquqi pozuntuların nəticəsi olaraq tətbiq edilir. Yalnız rəsmi əmək müqaviləsi əsasında işləsinlər, miqrasiya sənədlərini üçüncü şəxslərə etibar etməsinlər, qeyri-rəsmi vasitəçilərin vədlərinə aldanmasınlar və hər hansı hüquqi problem yarandıqda dərhal peşəkar hüquqi yardım alsınlar. Qanunvericiliyin tələblərinə əməl olunduğu halda Rusiyada yaşamaq və işləmək hüququnun qorunması baxımından ciddi problem yaranmır. Əsas məsələ bütün hüquqi öhdəliklərə vaxtında və düzgün şəkildə əməl etməkdir”.

Aysel Elnurскачать dle 11.3
Mojo.az Banner