Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...

08.07.2026 22:00 318
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır.

Median.Az xəbər verir ki, Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.

Görünən odur ki, Rusiyada miqrantların deportasiya olunması üçün əsasların siyahısı genişləndirilir. Yəni hansı inzibati xətalara görə insanlar deportasiya oluna bilərlər.

Rusiyada yaşayan azərbaycanlıları deportasiyası üçün yeni qaydalarda nələrdən daha çox istifadə oluna bilər?

Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyada deportasiya üçün əsasların genişləndirilməsi ilk baxışdan miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsi kimi təqdim olunsa da, hüquqi baxımdan bu dəyişikliklər ciddi müzakirələr doğurur:

"Xüsusilə inzibati xətaların sayının əhəmiyyətli dərəcədə artırılması deportasiya institutunun daha geniş tətbiqinə yol aça bilər. Bu da miqrantların fundamental hüquqlarının müdafiəsi baxımından narahatlıq yaradır. Rusiyada yaşayan azərbaycanlılar da digər xarici vətəndaşlar kimi yeni qaydaların təsiri altına düşəcəklər. Ən böyük risk ondan ibarətdir ki, əvvəllər yalnız cərimə və ya inzibati məsuliyyət yaradan bəzi əməllər artıq ölkədən çıxarılma ilə nəticələnə bilər. Xüsusilə, polisə itaətsizlik, icazəsiz aksiyalarda iştirak, sərhəd əməkdaşının göstərişinə əməl etməmək və digər inzibati pozuntuların şərhində subyektiv yanaşma ehtimalı hüquqi müdafiə mexanizmlərinin əhəmiyyətini daha da artırır. Hüquqi dövlət prinsipinə görə, deportasiya yalnız müstəsna hallarda və proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilməlidir. İnsan yalnız kiçik inzibati xətaya görə ailəsindən, işindən və uzun illər yaşadığı mühitdən məhrum edilməməlidir. Əks halda, bu, ailə həyatına hörmət, ədalətli araşdırma və effektiv hüquqi müdafiə hüququ kimi beynəlxalq səviyyədə tanınan prinsiplərlə ziddiyyət təşkil edir".

Hüquq müdafiəçisi soydaşlarımıza çağırış etməyi də unutmadı: "Rusiyada yaşayan azərbaycanlı miqrantlar yeni qaydalar qüvvəyə minəcəyi halda hüquqlarını daha diqqətlə qorumalı, inzibati protokollarla razılaşmadıqda onları məhkəmədə mübahisələndirməli və hüquqi yardım almaq imkanlarından istifadə etməlidirlər. Hər bir deportasiya qərarı fərdi qaydada əsaslandırılmalı və məhkəmə nəzarətindən keçməlidir. Kollektiv və ya avtomatik yanaşma hüquqi baxımdan qəbulolunmazdır.

Bu qanun layihəsinin qəbul edilməsinin əsas səbəbləri isə Rusiyada son illər miqrasiya siyasətinin sərtləşdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, qanunsuz miqrasiyaya qarşı nəzarətin gücləndirilməsi və dövlətin miqrasiya axınını daha sərt inzibati vasitələrlə tənzimləmək istəyidir. Hakimiyyət bu addımı ictimai təhlükəsizliyin təmin olunması ilə əsaslandırsa da, insan hüquqları müdafiəçiləri belə geniş səlahiyyətlərin ayrı-seçkilik, selektiv tətbiq və miqrantlara qarşı təzyiq riskini artıra biləcəyini vurğulayırlar. Bu baxımdan, qanunun tətbiqində əsas meyar milliyyət deyil, hüququn aliliyi olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların və digər miqrantların qanun qarşısında bərabərliyi, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması tam təmin edilməli, deportasiya isə yalnız kifayət qədər hüquqi əsaslar və obyektiv sübutlar olduqda son tədbir kimi tətbiq edilməlidir. Hüquqi dövlətin əsas prinsipi də məhz budur ki, təhlükəsizlik tədbirləri insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir".//sfera.azскачать dle 11.3
Mojo.az Banner