Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan 43 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var

16.12.2025 15:53 360
Gürcüstan 43 əcnəbini deportasiya etdi - Aralarında azərbaycanlılar da var
Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 43 əcnəbini deportasiya edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya vətəndaşlarıdır.

Bildirilir ki, ümumilikdə ilin əvvəlindən etibarən ölkədən 1200 qanunsuz miqrant çıxarılıb, bu isə son bir neçə ilin ümumi göstəricilərindən çoxdur.

Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, bu ölkədə yaşama müddətini aşan əcnəbilər 1000 ilə 3000 lari arasında (təqribən 630 AZN-dən 1890 AZN-dək) cərimələnəcək. Cərimə onların Gürcüstanda qanunsuz qalma müddətindən asılı olaraq dəyişəcək. Cərimə ilə yanaşı, qanunsuz immiqrantın Gürcüstana girişi də qadağan olunacaq.скачать dle 11.3
Mojo.az Banner