Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarpızı çörəklə yeyənlərə XƏBƏRDARLIQ - Həkim təhlükədən danışdı

04.08.2026 11:33 630
Qarpızı çörəklə yeyənlərə XƏBƏRDARLIQ - Həkim təhlükədən danışdı
Qarpız və çörəyin məşhur qastronomik birləşməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Mütəxəssislərin sözlərinə görə, bu trend yüksək miqdarda fruktoza ilə ağır karbohidratları birləşdirdiyi üçün orqanizmə mənfi təsir göstərir.

Bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-diyetoloq Darya Rusakova "Abzats" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, əsas təhlükə bu qəlyanaltının yüksək qlisemik indeksə malik olması səbəbindən qanda şəkərin səviyyəsinin kəskin artmasıdır.

Bundan əlavə, lif və sadə karbohidratların çoxluğu qarında köp, qazın yaranması və bağırsaqlarda fermentasiya proseslərinin güclənməsinə səbəb ola bilər. Bu qida birləşməsi eyni zamanda mədəaltı vəzə də əlavə yük yaradır.

D.Rusakova bildirib ki, şəkərli diabet, insulinə rezistentlik (insulin müqaviməti), mədə-bağırsaq sistemi xəstəlikləri, böyrək və ürək-damar problemləri olan şəxslərə qarpızla çörəyi birlikdə qəbul etmək tövsiyə edilmir.

Həkim həmçinin son dövrlərdə populyarlaşan başqa bir qida trendi - soya sousunda marinad edilmiş qarpız barədə də xəbərdarlıq edib.

Onun sözlərinə görə, soya sousunun tərkibində natriumun yüksək olması orqanizmdə mayenin yığılmasına səbəb olur. Bu isə xüsusilə hipertoniyadan və ödemdən əziyyət çəkən insanlar üçün təhlükə yarada bilər.

Son xəbərlər