Qonaq getdiyi qohumunun evini taladı
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən iki min manat dəyərində qızıl-zinət əşyası və 800 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu - 28 yaşlı L.Əhmədzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin qonaq olduğu evdən hissə-hissə oğurluq etdiyi məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.