Mojo.az Banner
12:20 Filippində zəlzələ qurbanlarının sayı 37 nəfərə çatdı  |     12:17 Yevlaxda 91 yaşlı qadın yanaraq öldü  |     12:16 Bakıda qəribə hadisə: Qadın küçədə avtomobilin üzərinə uzandı, hərəkət iflic oldu - Video  |     12:03 Adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısında  |     11:59 "Yaxşı edib üstünə sürürəm, ağıllı ol" deyərək qəza törədən sürücü SAXLANILDI - Video  |     11:54 Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI  |     11:39 Azərbaycan neftinin qiyməti 100 dolları ötdü  |     11:35 Həcc ziyarəti başa çatır  |     11:31 Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı  |     11:27 Bu ölkələrə səfər etməyin - RƏSMİ XƏBƏRDARLIQ  |     11:17 Azərbaycana deport edilən Əfqan Sadıqov həbs edildi  |     23:01 Yaşlandıqca daha da gözəlləşən 4 BÜRC  |     22:55 Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO  |     22:52 Xameneinin dəfn yeri açıqlandı  |     22:44 İranda bütün uçuş məhdudiyyətləri ləğv edildi  |     22:39 Ceyhun Bayramov və Hakan Fidan İstanbulda bir araya gəldilər: Masada hansı məsələlər var?  |     22:32 Bu restorana şortla giriş qadağan edildi  |     22:25 Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA  |     22:20 Sakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərdə qaz olmayacaq  |     22:12 74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - Video  |    
Left Banner
Right Banner

Bu ölkələrə səfər etməyin - RƏSMİ XƏBƏRDARLIQ

09.06.2026 11:27 93
Bu ölkələrə səfər etməyin - RƏSMİ XƏBƏRDARLIQ
Mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.

Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
 

"Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik".

Nazirlik bildirib ki, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırılır.

"Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları xaricdə olan vətəndaşlarımızın hüquq və maraqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini davam etdirir. Bununla yanaşı, hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması və yüksək riskli fəaliyyətlərdən uzaq durması xüsusi əhəmiyyət kəsb edir. Xarici İşlər Nazirliyi beynəlxalq vəziyyətlə bağlı inkişafları diqqətlə izləməyə davam edir", - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner