Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

ANAMA yanında İctimai Şuradan azad olunan ərazilərə qayıdan şəxslərə XƏBƏRDARLIQ

12.01.2026 19:39 426
ANAMA yanında İctimai Şuradan azad olunan ərazilərə qayıdan şəxslərə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri son vaxtlar işğaldan azad edilmiş ərazilərdə ardıcıl şəkildə baş verən mina hadisələri ilə əlaqədar müzakirələr aparıblar.

Ьüzakirələrin yekununda ictimaiyyət üçün açıqlama yayılıb.

Qeyd olunub ki, son günlər işğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq baş verən mina hadisələri ciddi narahatlıq doğurur.

"Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. Bu fakt bir daha göstərir ki, mina təhlükəsi hələ də real və davam edən risk olaraq qalmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları var.

ANAMA yanında İctimai Şura olaraq bir daha diqqətə çatdırırıq ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur. Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədi ilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir", - açıqlamada deyilir.

Həmçinin vurğulanıb ki, mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir: "Hesab edirik ki, mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq. Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər".

Son xəbərlər