Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ən çox bu yaş aralığında xaricə səfər ediblər

14.08.2025 23:03 2 094
Azərbaycanda ən çox bu yaş aralığında xaricə səfər ediblər
2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının yaş qrupları üzrə sayı açqlanıb.

Valyuta.az xəbər verir ki, yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə ümumilikdə 321 min 926 səfər edilib.

Ən çox səyahət edən yaş qrupu 36-45 yaş aralığında olan vətəndaşlar olub və bu dövrdə onların payına 99 min 534 səfər düşüb.

2-ci yerdə 46-55 yaş aralığında olanlar yer alıb, bu yaş qrupunda 78 min 325 səfər qeydə alınıb.

3-cü yeri isə 26-35 yaş aralığında olan vətəndaşlar tutub, onların sayı 46 min 783 nəfər olub.

17-25 yaş aralığında 34 min 338, 17 yaşadək olanlar arasında isə 26 min 644 səfər həyata keçirilib.

56-65 yaş aralığında 23 min 49, 66 yaş və yuxarı olanlar arasında isə 13 min 253 səfər baş tutub.

Qeyd edək ki, yaş qrupundan asılı olmayaraq, Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi ölkələr sırasında Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan ilk beşlikdə yer alıb.

Son xəbərlər