Mojo.az — elanlar
Son Xəbərlər
13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |    
Mojo.az Avto
Mojo.az Avto

Restoranlarda qiymət artımı davam edəcəkmi? – Ekspert proqnozu

28.05.2026 21:42 1 089
Restoranlarda qiymət artımı davam edəcəkmi? – Ekspert proqnozu
Restoran və kafelərdə qiymət artımı müştərilərin ən çox diqqət çəkdiyi məsələlərdən birinə çevrilib. Bir çox iaşə obyektlərində həm yeməklərin, həm də xidmət haqlarının bahalaşdığı müşahidə olunur. Məhsul qiymətlərinin artması, icarə xərcləri, kommunal ödənişlər və işçi qüvvəsinə çəkilən xərc bu sahədə qiymətlərə birbaşa təsir edir. Bəs qiymət artımı nə qədər əsaslıdır və qarşıdakı aylarda vəziyyət necə dəyişə bilər? Bahalaşmanın əsas səbəbləri nədir?

Yay mövsümündə qiymətlərdə əlavə artım gözlənilirmi?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən marketoloq Müşviq İskəndərov bildirib ki, iqtisadi göstəricilərdən dinamik artımı fonunda iaşə obyektlərində qiymət artımı qaçılmazdır.

M. İskəndərovun sözlərinə görə, istehlak zəncirində hal-hazırda ciddi artım müşahidə olunur. Ölkəyə daxil olan məhsullar, beynəlxalq müharibələr, iqtisadi-sosial vəziyyət xammal və tədarük məhsulların qiymətini artırıb. Nəticədə, Xidmət verənlərin məhsul ilə bağlı qiymət artırmaması ehtimalı sıfıra bərabərləşib.

Marketoloq əlavə edib ki, rəqabətli mühitdə qiymətin yüksək olması ciddi təsir edən amillərdən biridir. Amma təəssüflər olsun ki, xidmət və ticari nöqtələr qiyməti artırma məcburiyyətində qalırlar. Belə olan halda güclü rəqiblər və yaxud markalaşma və iqtisadi gücü yüksək olan xidmət sahələri mövcudluğunu davam etdirə bilir. Əks halda isə təəssüflər olsun ki, biznes risk altına girir. Bu cür davam etdiyi halda bağlamaya qədər gətirib çıxara bilər.

Mütəxəssis vurğulayıb ki, bunun həlli yoxdur. Hazırda dünyada baş verən iqtisadi-siyasi və sosial hadisələr səngiməyənə qədər bu cür hallar davam edəcək. Bizim coğrafiyada isə yetərincə iqtisadi-sosial problemlər öz əksini tapır. Çünki biz xammal ölkəsi deyilik. Bütün istehsal prosesində xammal yükü ölkəyə tədarük olunduğuna görə, idxaldan asılı olduğumuz üçün qiymət artımları qaçılmazdır. Problemin həlli hazırda yoxdur. Əsas məsələ güclü olmaqdır. Markalaşmaya və maddi dayanıqlığa söykənən ticari nöqtələr bu prosesdən rahatlıqla çıxacaqlar. Təəssüflər olsun ki, ticari və kommersiya maraqları bu prosesi çox neqativ şəkildə bitirəcəklər.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər