Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum oldu

20.04.2026 21:09 426
Dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum oldu
Vətəndaşların etibarından istifadə edərək onlara külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Pərvin Quliyevanın cinayət işinin bəzi detalları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Quliyeva Pərvin Fuad qızı Sevinc Dadaşovanı ABŞ səfirliyi vasitəsi ilə viza alaraq Kanadaya göndərib işlə təmin edəcəyi adı ilə yalan vəd verib. O, bu işləri həll edəcəyi müqabilində Sevinc Dadaşovadan ümumilikdə 50 min 150 manat pulunu ələ keçirərək ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa, Pərvin Quliyeva tanışı Minəxanım Pənahovaya və onun xalası Nuriyyə Əhmədovaya guya leykoz xəstəliyindən əziyyət çəkdiyini, hazırda donoru tapıldığından təcili əməliyyat olunması üçün 24 saat ərzində Almaniyaya getmək üçün pul lazım olduğunu yalandan bildirib.

O, bu yolla onları aldadaraq etibardan sui-istifadə edib və ümumilikdə 8 min 800 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxs Nuriyyə Əhmədova maddi ziyan vurmaqla təkrar dələduzluq edib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs bundan başqa Orxan Allahverdiyev və Aygün Hüseynovanın Taylanda getməsi üçün guya həmin ölkəyə məxsus vizalar düzəldecəyinə dair yalan vəd verib.

O, hər iki şəxsin adına saxta viza hazırlayıb və buna görə də onlardan 340 manat alıb.

Bundan başqa, Pərvin Quliyeva rəhbəri olduğu turist səyahətlərinin təşkili ilə məşğul olan «Paradise Travel Group» MMC fəaliyyətini dayandırmasına baxmayaraq həmin MMC-nin guya fəaliyyət göstərməsi baradə İlahə Rüstəmovaya yalan məlumat verib.

İlhahə Rüstəmovanın Bodruma getmələri üçün ümumilikdə 5 min 700 manat məbləğində pul vəsaitini əl keçirərək dələduzluq edib.

O, bu yolla Elvira Əhmədova I da aldadaraq ümumilikdə 5700 manat məbləğində pul vəsaitini əl keçirərək dələduzluq edib.

Bundan başqa Pərvin Quliyeva Fərrux Soltanovu Bakı Şəhər Baş Polis İdarəsində "sosial mediaya nəzarət" şöbəsinə rəis müavini vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib və ondan buna görə ümumilikdə 3000 manat məbləğində dələduzluq edib.

Beləliklə, Pərvin Quliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə araşdırılır.скачать dle 11.3
Mojo.az Banner