Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda üç qadının RƏZALƏTİ: Xəstə uşaqların bir milyonluq müalicə pulu necə ələ keçirildi?

27.02.2024 13:57 1 425
Bakıda üç qadının RƏZALƏTİ: Xəstə uşaqların bir milyonluq müalicə pulu necə ələ keçirildi?
Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova, A.Məmmədova - əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə ediblər.

Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər.

Əvvəlcə N.Seyidova və A.Bayramova birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevə 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümova 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarova 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanova 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər.

İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat, Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmalarına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib.

Daha sonra N.Seyidova A.Məmmədova ilə əlbir olaraq, Tural Nəsmiyevə 59 min 500 manat, Zeynəb Cəlilovaya 25 min manat, Kamil Əhmədova 23 min manat, Ramin Dadaşova 51 min manat, Xəyal İsayevə 51 min manat, Lamiyə Hüseynovaya 20 min 50 manat, Nərgiz Mahmudovaya 9 min manat, Elnarə Xanmirzəyevaya 25 min manat, Sevinc Səmədovaya 22 min 500 manat, Elvin Fətəliyevə 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova ilə təkrarən əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminova 25 500, Laura Həsənovaya 51 000, Günay Ağayevaya 25 000, Aytəkin İsayevaya 19 000, Elnaz Hacıyevaya 5 000, Faiq Nəcəfova 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.

Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər