Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Pulları alanda xəstəliyin yadına düşmürdü

12.06.2024 21:07 933
Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsində: Pulları alanda xəstəliyin yadına düşmürdü
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə təqsirləndirilən Aysel Məmmədovanın istintaqa verdiyi ifadə elan olunub.

Belə ki, o ifadəsində "Çinar Plaza"da Nuridə Seyidovaya 25 min manat pul verdiyini, Nuridə Seyidovanın da üzərinə 5 min manat qoyaraq ona 30 min manat Mərkəzi Klinikaya köçürmək üçün verdiyini deyib. Həmçinin zərərçəkən Nərgiz Mahmudovadan 9 min manat pulu alıb Toğrul adlı şəxsin yanında Nuridə Seyidovaya verdiyini bildirib.

Hakim qeyd edib ki, Aysel Məmmədova istintaqda ifadəsində "sponsor Qalib" adlı şəxsdən danışıb. A.Məmmədova cavabında deyib ki, sözügedən adamın övladı talassemiya xəstəsidir. O, övladını Türkiyədə əməliyyat etdirmək istəyib. A.Məmmədovanın sözlərinə görə, Şəbnəm adlı xanım "sponsor Qalib"dən daha iki nəfəri də əməliyyat etdirməyi istəyib.

"Danışığımız belə olmuşdu ki, biz xəstələri cəlb edirik, Nuridə isə Türkiyədə əməliyyat etdirirdi. Xəstələrdən aldığımız pulun üçdə bir hissəsini dörd yerə bölməli idik. Əməliyyat məbləğinin çatışmayan hissəsinin haradan gəldiyini bilmirdik. Bu barədə Nuridə bizə heç nə demirdi. Türkiyədə əməliyyat olunan üç xəstəyə görə kommisiya alsam da, dördüncü xəstəyə görə almadım. Nuridə Türkiyədə özəl şirkətlərlə müqavilə bağladığı üçün etibar qazanmışdı", - A. Məmmədova istintaqda deyib.

Hakim Nuridə Seyidovadan ifadə verməsini istəyib. O, xəstə olduğunu bildirib, ifadə verə bilməyəcəyini deyib.

"Pulları alanda xəstəliyin yadına düşmürdü. İfadə verməsən, sənin istintaqa verdiyin ifadəni əsas götürəcəyik", - hakim Nuridə Seyidovaya cavabında bildirib.

Zərərçəkənlər N.Seyidovanın ifadə vermək istəməməsinə etiraz ediblər, həmçinin bildiriblər ki, talassemiya xəstəliyindən əziyyət çəkən, eləcə də əməliyyat olunmalı olan uşaqlardan üçü ölüb.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
//Report

Son xəbərlər