Mojo.az Banner
16:23 Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)  |     16:20 İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq  |     16:01 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu  |     15:50 Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək  |     15:38 MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi  |     15:31 Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi  |     15:26 Azərbaycan səmasında parlaq izlər görünə bilər  |     15:22 Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ  |     15:00 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb - Video  |     14:46 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib  |     14:44 Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı  |     14:36 Ucarda çaqqal insanlara hücum etdi  |     14:34 Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü  |     14:28 İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?  |     14:23 Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO  |     14:20 Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA  |     14:19 Ağcabədidə Kür çayında yarılan bənd tam bərpa edildi  |     14:16 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM  |     14:10 Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ (Video)  |     14:08 Ağcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI (Yenilənib)  |    
Left Banner
Right Banner

"Talassemiya işi" ilə bağlı məhkəmədə hakimdən şahidə: Müstəntiq olsaydım, sizi məsuliyyətə cəlb edərdim

19.03.2025 21:33 510
Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nuridə Seyidovanın sürücüsü olmuş Füzuli Rəhimov dindirilib.

O, Nuridə Seyidovanın 5 ay sürücüsü olub:

"Mən, əsasən onun övladını məktəbə, oradan da hazırlığa aparırdım. Mənə verilən pulları çatdırmışam. Ayseldən 7500 bir, 23 min dollar isə bir dəfə pul alaraq Nuridə xanıma çatdırmışam. Lakin, valyuta dəyişməsi ilə məşğul olmamışam”.

Aysel Məmmədova şahidin ifadəsini təsdiqləyərək bildirib ki, həmin 7500 zərərçəkən Lamiyəmin, 23 min isə digər zərərçəkən Kamilin pulu olub.

Zərərçəkən Kamil Əlişov bildirib ki, ona 23 mini Aysel Məmmədovaya verməsi göstərişini Gömrük xəstəxanasında olarkən Mircəlal doktor verib:

"Aysel Məmmədova həmin pulu şahid Füzuli Rəhimova verib ki, Nuridə Seyidovaya çatdırsın".

Nuridə Seyidova pulu aldığını təsdiq edib: "Həmin pulu alıb şirkətin siyahısında növbədə olan digər xəstənin adına Türkiyəyə çatdırmışam. Məndə çekləri də var".

Prosesdə şahid qismində dindirilən Toğrul Kərimov qeyd edib ki, Nuridə Seyidovanın yanında işləyib:

"İş elanı vermişdim. Nuridə Seyidova zəng edib iş təklif etdi. Onunla “Çinar Plaza”da görüşdük. Rəsmi olmayan işdə aylıq 400 manata çalışırdım. Nuridə xanım dedi ki, Türkiyəyə getmək üçün pasport lazımdır. Mən də tez pasport hazırlatdım. Mənim əsas marağım boynumla bağlı qüsurun düzəlməsi idi. Çünki onlar həkimlərlə işləyirdi. İşə daxil olduqda əsas işim telefonlara cavab vermək olub. Mən xəstəxanalarla danışır, onların adını sayta saldırmağa çalışırdım. Mənə verilən və göndərilən pulları isə kartımdan çıxarıb, Nuridə Seyidovaya vermişəm. Bəzən ölkə xaricinə də pul göndərmişəm. Bircə dəfə məndən ona aid pulu kartdan çıxarmağımı xahiş edəndə soruşmuşdum ki, bu nə puludur mənə deyirsiniz gətirib sizə verim? Dedi ki, narahat olmayım, hər şey yaxşıdır. Sonra da heç pullarla bağlı maraqlanmadım".

Hakim Azad Məcidov bildirib ki, şahid pullara görə məsuliyyətə cəlb oluna bilər: "Sən bəlkə də fiziki qüsurlu şəxs olduğun üçün məsuliyyətə cəlb olunmamısan. Müstəntiq olsaydım, səni məsuliyyətə cəlb edərdim. Çünki pulları sən almısan. Nuridə də deyir ki, pulu ona verməmisən. Kassaya da daxil etməmisən. Ümumiyyətlə dövlətə həmin puldan 1 qəpik də olsun mənfəət vergisi ödəməmisən. Bunların hamısı cinayət məsuliyyəti təşkil edir".

Şahid bildirib ki, ona verilən tapşırıq əsasında pulları dollarlar şəklində alıb, Nuridə Seyidovaya çatdırıb.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
//reportскачать dle 11.3
Mojo.az Banner