Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə: Bizi bunlarla həkimlər tanış edib

12.03.2025 20:00 879
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə: Bizi bunlarla həkimlər tanış edib
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova, eləcə də digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı təzələnib.

Daha sonra şahidlər ifadə verib. Şahid Turan Verdiyevanın sözlərinə görə, o, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur:

"Mən tibbi işçisi olmuşam. Şirkətin direktoru Nuridə Seyidova ilə müqavilə bağlamışam. İşim şirkətə müraciət edən talassemiya xəstələrinin qeydiyyatını aparmaqdan ibarət olub. İki ay işlədim, lakin maaş verilmədi. Tam iş günü işləmirdim, ona görə də 345 manat maaşa razılaşmışdım. Əgər xəstə gətirsəydim, hər gələn xəstədən də əlavə vəsait veriləcəkdi".

Zərərçəkən Şövkət İsayevanın sözlərinə görə, övladı talassemiya xəstəsi olub. Bununla bağlı 2022-ci ildə "Çinar Plaza"da təqsirləndirilən şəxslərlə görüşüb:

"Onlarla tanışlıqdan sonra 30 min dollar verdik, dedilər ki, narahat olmayın, pulun üstünü düzəldib iki aya bizi Türkiyəyə göndərəcəklər. Türkiyədən Bakıya həkim gəlmişdi, bu məsələ ilə bağlı onunla maraqlandım, onlara belə bir müraciətin daxil olmadığını bildirdi. Nuridə ilə danışdım, dedi ki, məni buradan çıxart sizin pulunuzu qaytaracağam".

Şahid Şahsuvar Paşayevin sözlərinə görə, cinayət işində həyat yoldaşı zərərçəkən kimi tanınıb. O deyib ki, övladının xəstəliyi ilə bağlı təqsirləndirilən şəxsləri tanıyıblar.

"Bizi bunlarla həkimlər tanış edib. Aynur xanımı da Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsi ilə tanımışıq. Daha sonra 30 min dollar Nuridə Seyidovaya vermişəm. Pulu verdim, lakin uşağı əməliyyat etmədilər, pulumu da qaytarmadılar. Aynur xanım xəstəxanada ürəyi hara istəyirdisə, ora da rahat girirdi", - o bildirib.

Şahidin ifadəsinə münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb, daha sonra isə Aynur Bayramovaya verib:

"Aynur Bayramovanın uşağı xəstə olduğu üçün pulu o götürdü".

Şahid Şahsuvar Paşayevin həyat yoldaşı - zərərçəkən Laura Paşayevanın sözlərinə görə, o, Gürcüstan vətəndaşıdır.

"Övladım ağır xəstədir, təcili əməliyyat olunmalıdır. Hissə-hissə belə olsa, mənim pulumu qaytarsınlar ki, övladımı əməliyyat etdirə bilim", - zərərçəkən deyib.

Şahid Cahangir Xanmirzəyev deyib ki, anası Elnarə Xanmirzəyeva cinayət işində zərərçəkən kimi tanınıb:

"Atam qaraciyər serrozudur. Bizi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi təqsirləndirilən şəxslərə yönləndirib. Onlarla ofislərində görüşüb 25 min manat pul vermişik. Bir neçə ay keçdi, lakin atamı əməliyyat etdirmədilər, sonra onların həbs olunduğunu öyrəndim. Mircəlal doktorla danışdım, dedi ki, Nuridə Seyidova və digərləri onları da pis vəziyyətdə qoyaraq biabır ediblər".

Məhkəmənin növbəti iclası martın 19-a təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər