Mojo.az Banner
21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |     20:29 Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər  |     20:21 Bakının hansı rayonunda daha çox insan yaşayır?  |     20:16 İsrail Britaniya konsulluğunu bağlayır  |     20:10 Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA  |     20:02 Azərbaycanda ən az ONLAR QAZANIR  |     19:57 “Google”-dan təcili xəbərdarlıq  |     19:49 Bakıda yayılan bu görüntülər təəccüb doğurdu – Yeni binalarda nə baş verir?  |     19:43 “ChatGPT”-nin 17 seçiminin arxasındakı həqiqət  |     19:35 Sabah Zərdabda su kəsiləcək  |    
Left Banner
Right Banner

Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib

18.04.2026 21:26 597
Kürün səviyyəsi qalxıb, nasos stansiyalarına fasilə verilib
Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir".скачать dle 11.3
Mojo.az Banner