Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda işğal dövründə yararsız hala düşmüş suvarma kanalı yenidən istifadəyə verilib

28.02.2025 13:18 684
Goranboyda işğal dövründə yararsız hala düşmüş suvarma kanalı yenidən istifadəyə verilib
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uzun illər işğal səbəbindən yararsız vəziyyətə düşən suvarma kanalı bərpa edilərək yenidən istifadəyə verilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, İncəçay çayından qidalanan və ümumi uzunluğu yeddi km olan Tap suvarma kanalını Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi texnikaların köməyi ilə bərpa edib, lil və kol-koslardan təmizləyib. Bunun nəticəsində Tapqaraqoyunluda 1500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb.

Bundan əlavə, rayon ərazisində suvarma sistemlərinin daha səmərəli işləməsi üçün 986 ədəd subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanalları istismara verilib. İl ərzində 1035 subartezian quyusunun nasosları cari təmir edilib, 46 yeni nasos alınaraq quyulara quraşdırılıb.

Bu il rayonda bir sıra əsaslı və cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə məhsuldarlığını tamamilə itirmiş 34 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanacaq. Eyni zamanda, istismar müddətini başa vurmuş Səfikürd nasos stansiyasının I pilləsində 1020 mm-lik boru xəttinin nəzərdə tutulan doqquz km-lik hissəsinin 400 metri bu il yenisi ilə əvəz olunacaq.

Bunlarla yanaşı, içməli su təminatının yaxşılaşdırılması məqsədilə 11 kənddə yeni içməli su xətlərinin çəkilməsi, su anbarlarında və boru xətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda rayon əhalisinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Goranboy rayonunda və Murovdağ-Goranboy su kəməri ətrafında yerləşən kəndlərdə abonentlərə 24 saat fasiləsiz içməli su verilir. Əvvəllər Veyisli kəndinin Yeni qəsəbəsinə su günaşırı verilirdisə, hazırda gündəlik təmin edilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndində isə əhalinin tələbatına uyğun olaraq su təminatı həyata keçirilir.

Son xəbərlər