Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçınçay su anbarı 7 min hektar torpaq sahəsini su ilə təmin edəcək

27.12.2023 21:25 1 764
Xaçınçay su anbarı 7 min hektar torpaq sahəsini su ilə təmin edəcək
Vətən müharibəsindən sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin komissiyası Xaçınçay su anbarına baxış keçirib və qüsur aktı tərtib edib.

Bunu Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə deyib.

“Müəyyən olunub ki, bu su anbarı 29 il müddətində ermənilər tərəfindən qanunsuz istismar edilib və baxımsız qalıb. Bir sıra avadanlıqların yararsız hala düşməsi müəyyən edilib. 2021-ci ildən başlanan əsaslı təmir işləri nəticəsində 940 metr uzunluğunda bənd yenidən beton üzlüyə alınıb. Həmçinin 7 000 metrlik suaparıcı kanal beton üzlüyə alınaraq üzərində hidrotexniki qurğular quraşdırılıb.

Gölün təmir dövründə inzibati bina və mühafizəçi binası da tikilərək istifadəyə verilib",- H. Əzimzadə bildirib.

Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib: "Məqsəd 7 000 hektar ərazidə əkin sahələrinin suvarılmasıdır. Anbarın uzunluğunun 2 500 metr, eninin 1 500 metr, üzərindəki bəndin uzunluğunun 940 metr, su səthinin güzgü sahəsinin 176 hektar olması burada 23 milyon kubmetr su ehtiyatı toplamağa imkan verir. Minerallarla zəngin sudan istifadə edilməklə becərilən torpaqlar daha məhsuldar olur”.

Qeyd edək ki, Xaçınçay su anbarı təmir-bərpadan sonra bu ilin dekabrın 24-də istifadəyə verilib.скачать dle 11.3
Mojo.az Banner