Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

30.03.2026 21:30 495
Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama
Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır.

Bu şikayətlə “Qafqazinfo”ya qəsəbə sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizatı təmin olunmur:

“Son dəfə intensiv yağışlar başlamamışdan 1 gün əvvəl su verilib. Çay içməyə suyu mağazalardan alırıq. Körpə uşaqlı evlərdə vəziyyət lap kritikdir. İstilik sistemləri də susuz işləmir”.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, qəsəbəni içməli su ilə təmin edən nasos stansiyasında problem yaranıb:

“Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılmaqdadır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır”.скачать dle 11.3

Son xəbərlər