Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:46 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO | 17:35 Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib | 17:34 Sənədsiz evlərə çıxarış veriləcək? - AÇIQLAMA | 17:14 Azərbaycanda gənc aktrisa vəfat edib | 17:06 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır | 17:00 Rusiyada internet kəsilib | 16:44 Məzuniyyətlə bağlı qaydalar dəyişir | 16:36 Milli Məclis yaşayış minimumunun artmasına razılıq verdi | 16:26 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı qanunda dəyişikliklər edildi | 16:04 Mərkəzi Bankın səlahiyyətləri artırıldı | 15:51 Prezident Özbəkistanla iki sənədi təsdiqlədi | 15:46 Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib | 15:40 Azərbaycandan Rusiyaya saxta sənədlərlə ehtiyat hissələri keçirmək istədilər | 15:34 Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək | 15:24 Tanınmış şairə Sumqayıtda binadan yıxıldı - FOTO | 15:14 Azərbaycanda bəzi qadınlara 500 manat civarında müavinət veriləcək | 15:09 17 noyabr hadisələri Azərbaycan xalqının milli mübarizə tarixində silinməz iz qoyub – Deputat | 15:06 Rəşid Mahmudovun evində partlayış baş verib? | 14:23 Sahibə Qafarovadan deputata irad: "Bura "danışmaqxana" yox, parlamentdir" | 14:08 Yeni ili oteldə qarşılamaq neçəyə başa gələcək? – QİYMƏTLƏR |
Mojo.az Avto
Mojo.az Avto

Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır

15.04.2026 22:56 603
Sosial media nəhəngində ixtisar: 1000 nəfərlə yollar ayrılır
Sosial şəbəkə platforması "Snapchat”ın sahibi olan "Snap Inc.” transformasiya mərhələsinə daxil olub.

Şirkət rəhbəri Evan Şpigel əməliyyat strukturunu yenidən qurmaq məqsədilə işçi qüvvəsinin təxminən 16 faizinə bərabər olan 1.000 nəfərin ixtisar ediləcəyini açıqlayıb.

Bu qərar yalnız mövcud işçiləri deyil, həm də hazırda açıq olan 300-dən çox vakansiyanın bağlanmasını əhatə edir. Şirkət bu addımlar nəticəsində 2026-cı ilin ikinci yarısına qədər illik xərc bazasını 500 milyon dollardan çox azaltmağı planlaşdırır.

"Snap Inc.” üçün bu proses yeni deyil. Şirkət 2022-ci ilin avqustunda işçi heyətinin 20 faizini ixtisar etmiş, 2024-cü ilin əvvəlində isə strateji prioritetlərə fokuslanmaq üçün əlavə olaraq 10 faizlik ixtisar həyata keçirmişdi. Lakin Evan Şpigel bu dəfəki qərarın əvvəlkilərdən fərqli əsaslara söykəndiyini bildirib.

Əvvəlki ixtisarlar pandemiya dövründə həddindən artıq işə qəbul və iqtisadi dalğalanmalarla əlaqələndirilirdisə, yeni strategiya şirkəti daha çevik və sürətli struktura çevirməyi hədəfləyir. Şpigel süni intellektin inkişafının bir çox rutin iş yükünü azaltdığını qeyd edib. Bu texnoloji dəyişiklik sayəsində istifadəçilərə, reklam tərəfdaşlarına və biznes müştərilərinə daha sürətli xidmət göstərilməsi planlaşdırılır.

"Snap Inc.” son illərdə süni intellekti "Snapchat” təcrübəsinin mərkəzinə yerləşdirməyə çalışır. Şirkət "OpenAI” ilə əməkdaşlıq edərək "My AI” çat-botunu istifadəyə verib, daha sonra isə "Google”un "Gemini” modelini inteqrasiya edərək görüntü və video sorğularını dəstəkləyib. Hazırda isə bu texnologiyanın daxili əməliyyatlarda da geniş istifadəsi nəzərdə tutulur. Reklam platformasının optimallaşdırılması, "Snapchat+” abunəliklərinin artırılması və "Snap Lite” tətbiqinin təkmilləşdirilməsi kimi sahələrdə süni intellektlə dəstəklənən kiçik komandaların daha effektiv nəticələr verdiyi vurğulanır.

İxtisar edilən 1.000 əməkdaş üçün sosial dəstək paketi hazırlanıb. Şirkət onlara dörd aylıq təzminat, sağlamlıq sığortasının davam etdirilməsi və səhmlərlə bağlı hüquqların qorunması kimi imkanlar təqdim edəcək.

Son xəbərlər