Mojo.az Banner
22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

“Tesla” bu il işçi qüvvəsinin azı 14 faizini ixtisar edib

25.06.2024 19:09 1 254
“Tesla” bu il işçi qüvvəsinin azı 14 faizini ixtisar edib
ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” bu il işçilərinin azı 14 faizini ixtisar edib.

Median.Az 
“İnterfaks”a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin daxili məlumatlarına əsasən məlumat yayıb.

"Tesla"nın elektron poçt siyahısında “bütün işçilər üçün” kateqoriyasında müvəqqəti işçilər də daxil olmaqla, iyunun 17-də 121 mindən bir qədər çox insan olub. 2023-cü ilin dördüncü rübü üçün açıqlanmış rəsmi hesabatda isə dekabrın sonunda şirkətdə 140,47 min nəfərin işlədiyi bildirilirdi.

Şirkətin baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək “Tesla”nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə də veriləcək.

İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zamana İ.Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.

Qeyd edək ki, “Tesla”nın gəliri bu ilin birinci rübündə 9 faiz azalıb və bu, 2021-ci ildən bəri ən böyük azalmadır.скачать dle 11.3
Mojo.az Banner