Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi

07.04.2026 14:09 798
Moskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi
Rusiyanın Krasnoyarsk Musiqili Teatrının 28 əməkdaşının kütləvi şəkildə zəhərlənməsi səbəbindən "Kölgə ilə döyüş" tamaşasının nümayişi təxirə salınıb. Tamaşa aprelin 6-da Moskvadakı "Mossovet" Teatrının səhnəsində, 32-ci "Qızıl maska" teatr mükafatı və festivalı çərçivəsində təqdim edilməli idi.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilir ki, Krasnoyarsk teatrının 28 işçisi Moskvada xəstəxanaya yerləşdirilib. Mətbuatda yayılan ilkin xəbərlərdə zəhərlənmə əlamətləri olan şəxslərin sayı dəqiq olmasa da, gecəyə doğru bu rəqəm artıb. Hazırda onların hamısı həkim nəzarətindədir. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil və mütəxəssislər hadisənin təfərrüatını araşdırırlar.

Bildirilib ki, tamaşaya görə alınmış biletlər üçün ödənilən vəsaitlər tamaşaçılara avtomatik olaraq geri qaytarılıb. Mətbuat xidmətindən vurğulanıb ki, hazırda əsas diqqət həmkarların tezliklə sağalması üçün lazımi şəraitin yaradılmasına və onların hər cür ləvazimatla təmin edilməsinə yönəldilib.

Qeyd edək ki, "Qızıl maska" 1993-cü ildə teatr sənətinin bütün növləri (dram, opera, balet, müasir rəqs, operetta, müzikl, kukla teatrı) üzrə mövsümün ən yaxşı işlərinə verilən peşəkar mükafat kimi təsis edilib. Qaliblər hər il keçirilən namizəd tamaşaların festivalında müəyyənləşir. Festival proqramına müsabiqədənkənar layihələr də daxildir. Qaliblərə Rusiya Federasiyasının Xalq rəssamı, səhnə quruluşçu rejissoru Oleq Şeyntsisin eskizi əsasında hazırlanmış, kvadrat çərçivədə yerləşdirilmiş maska təqdim olunur. Rəssam bu mükafatı yaradarkən Venesiya karnavalı maskasını əsas götürüb və ona Rusiyanın dövlət simvollarından olan ikibaşlı qartal elementini əlavə edib.

Son xəbərlər