Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident 1,8 milyon manat ayırdı

04.03.2019 19:54 2 238
Prezident 1,8 milyon manat ayırdı
Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Median.Az
-ın məlumatına görə, sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

Sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.

Sərəncamda bildirilib ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.скачать dle 11.3

Son xəbərlər