Mojo.az Banner
20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO

20.07.2020 23:42 1 365
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO
Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.

Bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib.

Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib.

O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.

1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.

İ.İsrafilov APA-ya verdiyi açıqlamada bildirib ki, qardaşı C.İsrafilov koronavirusdan vəfat edib.



скачать dle 11.3
Mojo.az Banner