Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşa teatrı bu il doğma evinə köçəcəkmi?

05.09.2024 21:52 810
Şuşa teatrı bu il doğma evinə köçəcəkmi?
151 yaşlı Azərbaycan teatrı yeni mövsümə başlayır. İncəsənət məbədi sayılan teatrlar həm paytaxtda, həm də bəzi rayonlarda fəaliyyət göstərir. Şuşa Dövlət Musiqili teatrı isə Qarabağ hadisələrindən sonra Bakıya köçürülüb. Bakıda ilk tamaşasını 1993-cü ildə nümayiş etdirən teatr 31 ildir ki, həm şuşalılara, həm də paytaxt sakinlərinə xidmət edir. 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad edildi. Rəsmi məlumatlara görə, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.

Bəs teatr, necə bu il Şuşada fəaliyyətini davam etdirəcəkmi?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Şuşa Dövlət Musiqili Teatrın icraçı direktoru Yaşar Muradov Şuşaya qayıdacaqları günü gözlədiklərini deyib:

"Çox böyük ümidlə Şuşaya qayıdacağımız günü gözləyirik. Amma biz qayıtmaqla bağlı dəqiq tarix deyə bilmirik. Ölkə başçısı nə vaxt Şuşa teatrının Şuşaya köçməsi, orada fəaliyyətini davam etdirməsi ilə bağlı qərar verəcəksə, həmin vaxt biz də böyük sevinc və qürurla köçüb, orada fəaliyyət göstərəcəyik”.

O, bu mövsümdə yeni əsərlərə də quruluş veriləcəyini qeyd edib:

"Yeni mövsüm üçün repertuarımız bəllidir. Həftə sonundan tamaşalarımız tamaşaçılara təqdim olunacaq. Bu mövsümdə yeni əsərlər də səhnələşdiriləcək. Hansıların olacağı barədə bir müddət sonra məlumat veriləcək”.

Xatırladaq ki, Şuşada ilk teatr 1938-ci ildə yaradılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1990) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildə teatr Bakıya köçüb.скачать dle 11.3
Mojo.az Banner