Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Mark Zukerberq məhkəmədə ifadə verəcək

19.02.2026 12:12 648
Mark Zukerberq məhkəmədə ifadə verəcək
"Meta" şirkətinin rəhbəri Mark Zukerberq Los-Anceles məhkəməsinə çağırılıb.

Median.Az
"Associated Press"ə istinadən xəbər verir ki, o, sosial medianın gənclərin psixi sağlamlığına təsiri ilə bağlı məhkəmədə ifadə verəcək. İddiaçı tərəf olan 20 yaşlı qadın sosial medianın asılılıq yaradan xüsusiyyətlərinin ona sağalmaz zərər vurduğunu, narahatlıq və intihar düşüncələrinə səbəb olduğunu bildirir. Məhkəmə prosesinə rəqəmsal asılılıq səbəbindən övladlarını itirən valideynlər də cəlb olunacaqlar.

İddia əvvəlcə dörd böyük şirkətə - "Meta", "YouTube", "ByteDance" və "Snap Inc"ə qarşı qaldırılıb. Məlumata görə, artıq "TikTok" və "SnapInc" ilə məhkəmədənkənar razılaşma əldə olunub.

"Meta" nümayəndəsi isə iddialarla razılaşmadıqlarını və korporasiyanın "gəncləri dəstəklədiyinə" dair sübutlar təqdim edəcəklərini bildirib. Şirkət rəsmiləri qeyd ediblər ki, "Meta" 2018-ci ildən bəri ABŞ-nin onlarla orta məktəbində yeniyetmələrin onlayn təhlükəsizliyi mövzusunda valideynlər üçün keçirilən seminarlara sponsorluq edib.

Şirkətin vəkili Pol Şmidt iddiaçının psixi sağlamlıq problemlərində "Instagram"ın günahkar olması faktını şübhə altına alıb. O, qızın çətin ailə vəziyyətini əks etdirən sənədləri məhkəməyə təqdim edərək bildirib ki, iddiaçı mövcud problemlərindən qaçmaq və təsəlli tapmaq üçün sosial mediaya müraciət edib.скачать dle 11.3
Mojo.az Banner