Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Zukerberq: "Facebook" Ağ Evin təzyiqinə məruz qalıb"

27.08.2024 12:46 1 059
Zukerberq:
"Meta"nın təsisçisi Mark Zukerberq etiraf edib ki, ABŞ Prezidenti Co Bayden administrasiyası korporasiyaya şirkətin sosial şəbəkələrindəki məzmuna senzura tətbiq etmək üçün təzyiq edib. Zukerberq bu barədə ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordana məktubunda yazıb və komitə bunu "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Median.Az
bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Meta" rəhbərinin sözlərinə görə, 2021-ci ildə Bayden administrasiyasının məmurları korporasiyaya "satira və yumor da daxil olmaqla müəyyən COVID-19-la əlaqəli məzmunu senzura etmək üçün dəfələrlə təzyiq ediblər və bundan imtina etdikdə də böyük narazılıq bildiriblər. Eyni zamanda, Zukerberq əmin edib ki, məzmunu silmək qərarı platformada qalıb.

O, hökumətin təzyiqinin düzgün olmadığını hesab edir və həmçinin korporasiyanın bu məsələdə səmimi olmamasından təəssüflənib. İş adamının sözlərinə görə, o, qəti şəkildə inanır ki, şirkət hansısa administrasiyanın təzyiqinə görə güzəştə getməməlidir. O qeyd edib ki, şirkət gələcəkdə bu qadağaya qarşı mübarizə aparacaq.

Son xəbərlər