Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələr insanların psixikasına necə təsir edir? - "Meta"nın gizli araşdırması

24.11.2025 22:37 627
Sosial şəbəkələr insanların psixikasına necə təsir edir? -
2020-ci ildə "Meta" mütəxəssisləri müəyyən ediblər ki, "Facebook" və "Instagram" olmadan insanlar özlərini daha yaxşı hiss edirlər, lakin şirkət bu araşdırmanın nəticələrini açıqlamaqdan imtina edib.

Qaynarinfo-nun məlumatına görə, 2020-ci ildə "Meta" mütəxəssisləri müəyyən ediblər ki, "Facebook" və "Instagram" kimi sosial şəbəkələr psixikaya ciddi zərər vura bilər, lakin korporasiya bu məlumatları ictimaiyyətlə paylaşmadı. Məsələ ilə bağlı yeni detalları "Reuters" yayıb.

Bildirilir ki, 5 il əvvəl şirkət "Nielsen" ilə birlikdə istifadəçilərin bu servislərdən ayrılmasının təsirini öyrənmək üçün "Merkuri Layihəsi"ni işə salıb. Məlum olub ki, Mark Zukerberqin sosial şəbəkələrindən bir həftə uzaq qalan insanlarda depressiya, narahatlıq, tənha qalma hissi və sosial müqayisə əhəmiyyətli dərəcədə azalıb.

"Reuters" yazır ki, "Merkuri Layihəsi” bunun sadəcə təsadüf deyil, şirkətin servisinin psixi sağlamlığa birbaşa mənfi təsiri olduğunu sübut edib. Lakin "Meta" bu nəticələri dərc etmək və ya əlavə araşdırmalar aparmaq əvəzinə layihəni bağlayıb, çünki açıqlama sosial şəbəkələrə ciddi zərbə vura bilərdi.

Hazırda araşdırmanın detallarını ABŞ-da bir neçə məktəb dairəsinin "Meta", "Google", həmçinin "TikTok" və "Snapchat"ə qarşı iddialarında ortaya çıxıb. Şirkətlər məhsullarının məktəblilər üçün yaratdığı riskləri gizlətməkdə ittiham olunur.

İddiaçıların əsas iradları isə məhz "Meta"ya yönəlib. Onların sözlərinə görə, "Facebook" və "Instagram"da təhlükəsizlik alətləri elə hazırlanıb ki, istifadəçilər onları ya çox az istifadə etsin, ya da ümumiyyətlə istifadə etməsin — çünki onların real effektivliyi çox aşağıdır.

Bundan əvvəl BBC yazırdı ki, texnologiya milyarderləri "qiyamət günü"nə hazırlaşır və kütləvi şəkildə bunker inşa edirlər. "Meta" rəhbəri Mark Zukerberq isə hələ 2014-cü ildən Havayda — Kauai adasında 1400 akr ərazidə yeraltı kompleks tikir.скачать dle 11.3
Mojo.az Banner