Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

07.10.2026 22:29 189
Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ
Hava şəraitinin dəyişməsi fonunda ölkədəki epidemioloji vəziyyət açıqlanıb.

Median.Az 
bildirir ki, Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, ölkə üzrə epidemioloji vəziyyət sabit və nəzarət altındadır.

Məlumata görə, yoluxucu xəstəliklər üzrə vəziyyət və göstəricilər mütəmadi olaraq təhlil edilir, epidemioloji proseslərin dinamikası daim izlənilir.

"Müvafiq hallarda zəruri epidemioloji qiymətləndirmələr aparılır və xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər operativ şəkildə həyata keçirilir. Əhalinin yoluxucu xəstəliklərdən qorunmasında fərdi və ictimai gigiyena qaydalarına əməl olunması mühüm əhəmiyyət daşıyır. Əllərin mütəmadi yuyulması, yaşayış və iş məkanlarının müntəzəm havalandırılması infeksiyaların yayılma riskinin azaldılmasına kömək edir".

Bildirilib ki, hər hansı infeksion xəstəliyə xas əlamətlər (hərarət, öskürək, halsızlıq və digər simptomlar) müşahidə edildikdə, şəxslərin vaxt itirmədən həkimə müraciət etməsi, özbaşına dərman qəbulundan çəkinməsi və mütəxəssis tərəfindən müəyyən edilmiş müalicə və tövsiyələrə əməl etməsi tövsiyə olunur.

Məlumatda qeyd edilib ki, valideynlər uşaqların Milli Peyvənd Təqviminə uyğun peyvəndlərinin vaxtında aparılmasına diqqət göstərməlidirlər.

"Bu, həm fərdi qorunmanın, həm də cəmiyyətdə infeksiyaların yayılmasının qarşısının alınmasının əsas və etibarlı vasitələrindən biridir".скачать dle 11.3
Mojo.az Banner