Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu | 20:48 Arıqlama iynələri sizi tez qocaldacaq | 20:41 Azərbaycanda bu internetin aylıq qiyməti 2 min manat olacaq | 20:36 Röyanın 90 yaşlı fanatının sevgisi - VİDEO | 20:27 Bakıda X5 klinikaya çırpıldı | 20:22 Sosial şəbəkələrdə diqqət yarışı: İnsanlar nəyə möhtacdır? | 20:14 Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü | 20:09 Alimlərdən xəbərdarlıq: Bu qidalar xərçəng riskini artırır | 20:03 Bakıda 12 yaşlı uşağın taleyi ilə bağlı qərar – Ana aliment ödəyəcək | 19:55 Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşib | 19:50 Kirayə, ərzaq, kommunal: 1000 manat maaşla pul yığmağın yolları | 19:42 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib | 19:37 Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq | 19:30 Birinci kurs tələbəsi vəfat etdi | 19:26 Yeni qaydalar kredit almağı çətinləşdirəcək: Ən çox kimlər təsirlənəcək? |
Mojo.az Avto
Mojo.az Avto

BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb? (FOTO)

04.12.2025 12:44 858
BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb? (FOTO)
"Ötən il Bakıda keçirilmiş COP29-un nəticələri çoxtərəfli əməkdaşlığın gücünü və qlobal iqlim fəaliyyətinin inkişaf etdirilməsində COP Sədrliyi ilə BMT sistemi arasında koordinasiyalı əməkdaşlığın dəyərini bir daha nümayiş etdirdi".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova bu qurumun rezident əlaqələndiriciləri ilə üzv dövlətlər arasında keçirilən iclasdakı çıxışı zamanı deyib.

"Azərbaycan indi 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumuna, ilk dəfə olaraq Liderlər Sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözləyir", - müşavir qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq prosesi barədə danışan H.Məmmədova son beş ildə bunun üçün 13.5 milyard dollar ayrıldığını diqqətə çatdırıb:

"Son beş ildə Azərbaycan münaqişədən sonrakı minatəmizləmə, yenidənqurma, bərpa və reinteqrasiyanı işğaldan azad edilmiş ərazilərdə prioritetləşdirib. 2021-25-ci illər ərzində bu məqsədlərə 13.5 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Artıq 50 mindən çox insan öz evlərinə qayıdaraq həmin bölgələrdə yaşayır, işləyir və təhsil alır. Bu istiqamətdə ardıcıl fəaliyyət gələcək illərdə də prioritet olaraq davam edəcək".



Son xəbərlər