2025-ci il üçün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə dörd milyard manat ayrılacaq
"Report" xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.
Sənəddə qeyd edilib ki, 2020-ci ildən başlayaraq, 2024-cü il də daxil olmaqla, dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.
