Mojo.az Banner
16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? (SİYAHI)

26.11.2025 20:14 363
Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir? (SİYAHI)
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2171,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır.

Belə ki, gələnlərin 24,4 faizi Rusiya Federasiyası, 17,4 faizi Türkiyə, 8,0 faizi İran, 6,6 faizi Hindistan, 4,3 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, 2,4 faizi İsrail, 2,3 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,1 dəfə, Tacikistandan - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, İordaniyadan - 1,5 dəfə, Çindən - 49,4 faiz, Qırğızıstandan - 37,3 faiz, Özbəkistandan - 35,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Almaniyadan - 17,0 faiz, Kanadadan - 16,7 faiz, ABŞ-dan - 16,4 faiz, İtaliyadan - 16,3 faiz, Pakistandan - 12,7 faiz, Koreyadan - 11,8 faiz artıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,9 faiz artaraq 101,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz azalaraq 352,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 740,8 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 976,7 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1774,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb. Azərbaycan vətəndaşlarının 42,0 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70,3 faizi hava, 27,8 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.скачать dle 11.3
Mojo.az Banner