Mojo.az Banner
19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |     18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda "Mounjaro" təhlükəsi: Qanunsuz istifadə ağır fəsadlara səbəb olur

26.11.2025 16:19 2 256
Azərbaycanda
Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mounjaro" dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib.

Median.Az
Milli.Az-a istinadən xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır.

Araşdırmalara görə, "Mounjaro" Almaniyada 1 000-1 600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3 000 manata qədər təklif olunur.

Satışı isə apteklər yox, kosmetoloqlar, influenserlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir.

Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur.

Məlumata görə, artıq bir neçə nəfər "Mounjaro"nun istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.

Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin "Instagram"da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.

"Mounjaro" arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.

Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və təşviş pozuntuları, boyunda şiş - qalxanabənzər vəz xərçəngi riski daxildir.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında "Mounjaro" adlı dərman vasitəsinin (DV) dövlət qeydiyyatı olmadığına görə ölkəyə idxal olunmur. Qeyd olunub ki, ölkədə satışına icazə verilən, dövlət qeydiyyatında olan DV, seriya, satışa rəsmi icazə və ya satışına qoyulmuş qadağalar və bu kimi bütün məlumatlar AEM-in rəsmi internet səhifəsində yerləşdirilir.

Nəzərə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, AEM tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı təsdiqedici sənədlərlə birgə dövlət və yerli özünüidarəetmə orqanlarından, media və vətəndaşlardan daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamaların keçirilməsi üçün qərar qəbul edilir:

"Lakin məsələ sosial şəbəkələrdə ölkəyə qeyri-qanuni yolla gətirilmiş dərman vasitəsindən və ya müalicə növündən gedirsə, bu zaman şikayətçinin hüquq-mühafizə orqanlarına müraciət etməsi məqsədəmüvafiq hesab olunur".

Əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun və Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın müvafiq maddələrinə görə, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən DV-ni maneəsiz gətirə və apara bilərlər:

"Bildiririk ki, qanunvericiliyə görə əhaliyə DV yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə DV sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında DV-ni apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər".

Vurğulanıb ki, Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında" Qanununun 9.6-cı maddəsi və 12-1.6-cı maddələrində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən DV-ni pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin DV-nin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır:

"AEM-in Əlavə təsirlər haqqında məlumat bazasında "Tirzepatide" tərkibli dərman vasitəsinin heç bir əlavə təsiri barədə məlumat bildirilməyib. Amma nəzər almaq lazımdır ki, DV-nin əks göstərişlərində təsiredici maddəyə və ya DV-nin tərkibindəki hər hansı köməkçi maddələrə qarşı yüksək həssaslıq vurğulanır".скачать dle 11.3
Mojo.az Banner