Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə hökm oxundu

26.11.2025 12:12 327
Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zöhrab Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zöhrab Nəbiyev 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Zöhrab Nəbiyev Saatlı Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il tarixli əmri ilə Saatlı rayonu, Orta Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib, 2025-ci il tarixədək həmin vəzifədə işləyib. O, çalışdığı müddətdə səlahiyyət və öhdəliklərini pozaraq öz qulluq mövqeyindən şəxsi mənafe üçün istifadə etməklə bir sıra korrupsiya xarakterli cinayətlər törədib.

Təqsirləndirilən şəxs 2023‑cü ilin oktyabr ayında Orta Muğan kənd sakinini nümayəndəlikdə bir ştat vahidi üzrə xadimə vəzifəsinə işə qəbul edəcəyi barədə vəd verərək öz xidməti otağında ondan 2 000 manat məbləğində rüşvət tələb edib. Razılaşdırılmış qaydada həmin şəxsdən ümumilikdə 2 000 manat rüşvəti şəxsən alıb. O bunun müqabilində 7 avqust 2024-cü il tarixli, 14 saylı əmrlə onu həmin vəzifəyə təyin edib.

Zöhrab Nəbiyev həmin şəxsin işə başladığı tarixdən sonra işə gəlməməsi barədə ona göstəriş verib, lakin əməkhaqqının hesablanıb ödənilməsi üçün 2024‑cü ilin avqust, sentyabr, oktyabr və dekabr aylarına aid əməkhaqqı cədvəllərini saxta qaydada imzalayaraq möhürlə təsdiq edib. Nəticədə sözügedən sakinin bank kartına ümumilikdə 1 371.65 manat dövlət vəsaitinin köçürülməsini təmin edib. Bu yolla ona etibar edilmiş büdcə vəsaitləri qulluq mövqeyindən istifadə edilməklə israfetmə yolu ilə talanıb.

Təqsirləndirilən şəxs 2024‑cü ilin oktyabr ayında digər şəxsi nümayəndəlikdə xadimə vəzifəsinə bərpa edəcəyinə inandıraraq onun etibarından sui-istifadə edib və xidməti otağında 800 manat pulu aldatma yolu ilə ələ keçirib. Daha sonra həmin şəxsin guya işə qəbul olunması görüntüsü yaratmaq üçün 1 noyabr 2024‑cü il tarixli əmrdə bilə‑bilə yalan məlumatlar daxil edib. Əmri də öz imzası və nümayəndəliyin möhürü ilə təsdiq edib.

Beləliklə, Zöhrab Nəbiyev həm dələduzluq edib, həm də vəzifə saxtakarlığına yol verib.

Bundan başqa, təqsirləndirilən şəxs Sabirabad rayonu, Çöl Dəllək kənd sakinləri - zərərçəkmiş şəxs M.M. və N.N.-i Fövqəladə Hallar Nazirliyində (FHN) işə qəbul olmaq istəklərindən istifadə edərək onları aldadıb, tutduğu vəzifənin imkanlarından sui‑istifadə etməklə FHN‑in xidmətində yanğınsöndürən və sürücü vəzifələrinə qəbul etdirəcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkmiş şəxslərin hər birinə 13 800 manat, ümumilikdə 27 600 manat məbləğində pulu xidməti otağında qəbul edib və şəxsi məqsədləri üçün ələ keçirib.скачать dle 11.3
Mojo.az Banner