Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, həmçinin ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.