Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır

04.09.2025 21:00 561
Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır
"Tələbə axını olduğu üçün müraciətlərin sayı artıb. Müraciətlərin sayının artması isə qiymətə təsir göstərir. Həmçinin burada psixoloji faktor var. Mülkiyyətçi düşünür ki, müraciət edənlərin sayı artdıqca, qiyməti yüksəltmək lazımdır".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə kirayə mənzillərin qiymətində ən azı 15 faiz artım var:

"Şəhərin mərkəz hissələrində artım daha çoxdur. Mənzil bahalaşdıqca, onun kirayə dəyəri də artır. Məsələn, şəhərin mərkəzində 1 otaqlı mənzilin kirayə haqqı 1000 manatdan yüksəkdir. Bu qiymətə olan mənzildə 15 faiz artım 150 manat edir".

R.Osmanlı bildirib ki, son illər əmlak bazarında iki istiqamət üzrə ciddi şəkildə dəyişiklik müşahidə olunur: "Köhnə mənzil fondu sürətlə azalır, sıradan çıxır. Köhnə binaların sökülməsi nəticəsində ucuz mənzillər üzrə təklif portfeli məhdudlaşır. Şəhərin mərkəzində və ona yaxın ərazilərdə yerləşən ikimərtəbəli yaşayış massivlərindən ibarət yaşayış sahələri sökülür. Hansı ki, 2,3 və ya 4 nəfər bir evdə kirayədə qalırdı, o qədər də üzərlərinə yük düşmürdü. Belə ki, həyət evləri idi və ucuz qiymətə təklif olunurdu. Onların yerində bazara yeni tikililər daxi olur. Təbii ki, yeni tikililərin qiyməti yüksəkdir".

Ekspert qeyd edib ki, qiymətin bahalaşması əmlakın gəlirliliyinə təsir göstərir:

"Məsələn, 100 minlik əmlakla 200 min qiyməti olanın gəlirlik dərəcəsi eyni ola bilməz. Bu da qiymət artımına təsir göstərir. Digər tərəfdən bu söküntülər nəticəsində əmlak bazarında müəyyən dövrlər üçün kirayə tələbi formalaşır. Məsələn, bir ərazi sökülür, orada yaşayan 2500 mülkiyyətçiyə kirayə mənzil haqqı verilir. Onların müəyyən hissəsi də tələbi artırır. Bu faktorlar məhdud təklif fonunda tələbin və qiymətin artımına təsir göstərir".скачать dle 11.3
Mojo.az Banner