Mojo.az Banner
20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

02.05.2024 15:24 834
Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat
Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur.

Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Unikal”a açıqlamasında bildirib ki, quru sərhədləri bağlı olduğu üçün Bakıətrafı ərazilər və turizm baxımından əlverişli olan regionlara mövsümdə tələb artır.

Onun sözlərinə görə, tələb artdıqca bu özünü qiymətlərdə də göstərir:

“Tədricən müraciətlərin sayının artması müşahidə olunur. Düşünürəm ki, may ayının ortalarına doğru əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edəcəyik”.

Aylıq kirayə qiymətləri yüksək olan bağ evlərinə gəlincə, ekspert bildirib ki, belə evlərə tələbat var:

“Belə bağ evlərində eyni vaxtda bir neçə ailənin istirahət etməsi üçün zəruri imkanlar mövcuddur. Hovuzu, bir neçə cür hamamı, fitnes imkanları və s. var. Bu baxımdan, dəyər ifadəsi böyük olsa da, bu evlərə tələb var. Hətta yay mövsümündə daha bahalı evlərə rast gəlmək mümkündür”.скачать dle 11.3
Mojo.az Banner