Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Suriya qoşunları Süveyda əyalətindən geri çəkildi

17.07.2025 15:20 1 218
Suriya qoşunları Süveyda əyalətindən geri çəkildi
Suriya qoşunları druzlarla bir neçə gün davam edən döyüşlərdən sonra Süveyda əyalətindən geri çəkilib.

Bu barədə AFP agentliyi hərbi ekspertlərə və şahidlərə istinadən məlumat verib.

Məlumata görə, qoşunların geri çəkilməsi Suriyanın rəhbəri Əhməd əş-Şaraanın (Culani) Süveydada təhlükəsizliyə druzların dini ağsaqqallarının və yerli fraksiyaların cavabdeh olacağını bəyan etməsindən sonra baş tutub. Culaninin mövqe dəyişikliyi İsrailin Suriya ordusunun Süveydaya gedən kolonlarına və oradakı hökumət qoşun bölmələrinə davam edən zərbələri fonunda baş verib. Bundan əlavə, Suriyanın digər bölgələrində də, məsələn, Latakiyadakı hərbi bazaya, eləcə də Suriya ordusunun Baş Qərargahının binasının dağıdıldığı Dəməşqə də zərbələr endirilib.

Qeyd edək ki, ötən gün İsrailin Baş Qərargah rəisi Eyal Zamir Suriya ordusuna qoşunları Süveydadan tamamilə çıxarmaq üçün bir neçə saat vaxt verib, əks halda hərbi əməliyyatların yeni mərhələsinə keçəcəklərini deyib. Druzlar çox sayda məhbusun ələ keçirildiyini bildirirlər. Eyni zamanda, bir sıra KİV Süveydada Culani hökumətini dəstəkləyən birləşmələrlə druzlar arasında lokal toqquşmaların davam etdiyini yazır.

Eyni zamanda, "Reuters"in məlumatına görə, ABŞ hərbi əməliyyatların tezliklə dayandırılacağını bəyan edib.

"Biz Suriyadakı toqquşmalarda iştirak edən bütün tərəflərlə əlaqə saxladıq. Bu gecə bu həyəcanlı və dəhşətli vəziyyətə son qoyacaq konkret addımlar barədə razılığa gəldik", - deyə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Xatırladaq ki, ötən gün İsrail Müdafiə Qüvvələri (SAXAL) Əs-Süveyda əyalətində Suriya hökumət qüvvələrinə bölgədən tam şəkildə geri çəkilənə qədər "ağır zərbələr" endirməyə davam edəcəklərini bildirmişdi.

Son xəbərlər