Mojo.az Banner
Left Banner
Right Banner

Suriya ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

29.11.2024 11:27 1 215
Suriya ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
Suriya ordusu Hələb əyalətində itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb.

Bu barədə Suriyanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Hökumət ordusu "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması tərəfindən tutulmuş 32 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirməyə cəhd edir.

Qeyd olunub ki, Suriya ordusu apardığı şiddətli döyüşlər nəticəsində Əl-Bakum şəhərinə nəzarəti geri qayıdıb.

Suriya ordusu həmçinin İdlibin cənub-şərqində silahlı qruplara qarşı hərbi əməliyyatlar aparır.скачать dle 11.3
Mojo.az Banner