Mojo.az — elanlar
Son Xəbərlər
16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerdə günün qısalmasının səbəbi açıqlanıb

10.07.2025 20:44 651
Yerdə günün qısalmasının səbəbi açıqlanıb
Yer kürəsində günün millisaniyə qədər qısalmasının səbəbi onun nüvəsi ilə bağlıdır.

Bunu “Report”a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi Əminə Hümbətova deyib.

Onun sözlərinə görə, Yerdə qısa gün iyulun 9-da baş verib, iyulun 22-də və avqustun 5-də də bu prosesin baş tutacağı gözlənilir.

Ə.Hümbətova bildirib ki, alimlərin fərziyyələri əsasında qurulan bəzi modellərə görə, Yerin daxili nüvəsi hazırda yavaş fırlanır və 2040-cı ilədək hərəkətini tam dayandıra biləcək:

“Bu alimlərin hələ ki fərziyyələrdir. Yəni konkret model qurulmayıb. Belə fərziyyə olunur ki, gün qısalmasına səbəb Yerin nüvəsidir. Çin Elmlər Akademiyasının “Nature” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, təkrarlanan zəlzələlərdən sonra seysmik dalğaların müvəqqəti dəyişikliyi aşkar edilib. Nəticədə Yerin daxili nüvəsinin fırlanma sürətinin dəyişdiyi müşahidə olunub. Hazırda planetin daxili nüvəsi yavaş-yavaş və Yer səthinin fırlanmasının əks istiqamətdə hərəkət edir. Amma sonradan Yerin özü ilə eyni istiqamətdə fırlanmağa davam edə biləcək. Yerin bərk nüvəsi təxminən hər 35 ildən bir dayanır, fırlanma istiqamətini dəyişə bilir və sonra yenidən bərpa olunur. Yəni bu, periodik prosesdir”.

Elmi işçi vurğulayıb ki, tədqiqatlara görə, 2009-2020-ci illərdə daxili nüvənin fırlanmasının hərəkət istiqaməti dəyişib, bu da eyni zamanda yerin maqnit sahəsindəki dəyişikliklərlə üst-üstə düşüb:

"İnsanlar üçün hər hansı bir əhəmiyyətli nəticəyə gətirib çıxarmayacaq. 2025-ci ilin iyul-avqust ayında planet öz oxu ətrafında rekord sürətlə fırlanacaq. Hesablamalara görə, ən qısa günlərdən biri iyulun 9-na düşüb. Minimum uzunluq indiyə qədər 1,05 millisaniyədən aşağı düşmürdü. 2024-cü ilin iyulunda 1,66 millisaniyə olub, həmin vaxt da rekord olub".

Rəsədxana işçisi bu prosesin xarici amillərlə heç bir əlaqəsinin olmadığını söyləyib.

Son xəbərlər