Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? - VİDEO

03.05.2025 17:43 801
Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir? - VİDEO
Yaz-yay ayları əksər cütlüklər üçün toy mövsümü sayılır. Bu dövrdə bəy və gəlinlər öz unudulmaz günlərini daha da xüsusi etmək məqsədilə avtomobil icarəsi və bəzədilməsi xidmətlərinə üstünlük verirlər. Bəzədilmiş avtomobillər yalnız cütlüyə xoş xatirələr yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir.

Median.Az
"Xəzər Xəbər"ə istinadən xəbər verir ki, avtomobil icarəsi və bəzədilməsi xidmətlərinin qiymətləri geniş aralıqda dəyişir. İcarə haqqı 100 manatdan başlayaraq, seçilən avtomobilin markası, modeli və məsafəyə görə 1 500 manata qədər yüksələ bilir. Məsələn, 4 maşınlıq kortej sifariş edildikdə, qiymətlər ən azı 700 manatdan başlayır.

Bəzək xidmətləri də paketdən asılı olaraq fərqlənir. Əgər avtomobil xidmət göstərən şirkət tərəfindən təqdim olunursa, bəzədilməsi də onların tərəfindən həyata keçirilir. Bu bəzəklər 30-50 manat aralığında dəyişir. Əlavə olaraq, istifadə olunan güllərin növü də qiymətə təsir edir. Süni güllər daha ucuz olduğu halda, təbii güllərlə bəzədilmiş avtomobillərin dekorasiyası 100-200 manat arasında dəyişir. Gül kompozisiyalarının qiyməti onların növü, sayı və ölçüsündən asılıdır. Məsələn, ağ güllərlə edilən bəzəklər digərlərindən daha bahalı olur.

Avtomobili kimin idarə etməsi də qiymətə təsir edən amillərdəndir. Əgər sürücülük şirkətin əməkdaşı tərəfindən həyata keçirilirsə, bu xidmət adətən daha ucuz olur. Lakin bəylərin avtomobili özlərinin idarə etməsi əlavə risk yaratdığı üçün bu zaman qiymət 50 manat artır.

Xidmət təmsilçiləri bildirirlər ki, daha çox seçim imkanı əldə etmək istəyən cütlüklər avtomobil icarəsini toy tarixindən ən azı bir ay əvvəl sifariş etməlidirlər. Toya bir neçə gün qalmış sifariş verildikdə isə seçimlər məhdud olur və istənilən modeldə avtomobil tapmaq çətinləşir.

Ətraflı videomaterialda:скачать dle 11.3
Mojo.az Banner