Mojo.az Banner
23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |     21:46 Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB  |     21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |     20:43 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama  |     20:38 İranda liman vuruldu, yaralılar var  |     20:36 Bakı-Balakən qatarının hərəkəti dəyişir  |     20:30 Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb  |     20:21 "Zirə" - "Torpedo Kutaisi": Komandaların start heyətləri açıqlandı  |    
Left Banner
Right Banner

Azərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq

01.04.2025 19:31 1 590
Azərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycan gömrüyünün saxladığı tibb, təsərrüfat, inşaat və elektronika mallarını 5-ci dəfə - qiyməti 50 % aşağı salınmaqla açıq hərraca çıxarır.

Median.Az
quruma istinadən xəbər verir ki, hərrac aprelin 21-də, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

İnvestorlara start qiyməti 18 656 manat olan 375 adda tibb, təsərrüfat və inşaat malları, eləcə də start qiyməti 7 303 manat təşkil edən 369 adda elektronika məhsulu təklif olunacaq.

Hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5 %-i qədər beh və iştirak haqqı ödəmiş) şəxslərə satışa çıxarılan əmlakla əvvəldən tanış olmaq imkanı yaradılır (hər həftənin cümə axşamı, saat 14:00-17:00-da). Əmlaklar Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin anbarında yerləşir.

Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci ildə təsdiqlədiyi “Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”na əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 %-dən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.

Bundan başqa, Qaydalara əsasən, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.скачать dle 11.3
Mojo.az Banner