Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? - RƏSMİ AÇIQLAMA

04.03.2025 18:00 1 005
Azərbaycana qiyməti 65 qəpiyə olan toyuqlar idxal edilir? - RƏSMİ AÇIQLAMA
"Biri 65 qəpiyə olan toyuqların Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatlar reallıqdan uzaq və tamamilə yanlış xəbərlərdir. 2024-cü il ərzində ölkəmizə xaricdən birgünlük cücələr istisna olmaqla diri toyuq idxal olunmayıb".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında qeyd olunub.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dünyada yüksək patogen quş qripi ilə bağlı vəziyyətin gərgin olması barədə rəsmi məlumatları və epizootoloji vəziyyət nəzərə alınaraq, 1 fevral 2022-ci il tarixindən ölkəmizə birgünlük cücələr istisna olmaqla diri toyuqların idxalına məhdudiyyət tətbiq olunub:

"Statistik məlumatda malın adı "Diri ev toyuqları, çəkisi 185 qramdan artıq olmayan" kimi qeyd olunub. Bu 010511 xarici iqtisadi fəaliyyətin mal nomenklatura kodu üzrə müəyyənləşmiş beynəlxalq addır. Məhsulun adından da göründüyü kimi, məlumatda 185 qramdan az çəkiyə malik və quşçuluq təsərrüfatları tərəfindən damazlıq məqsədilə gətirilmiş birgünlük cücələrdən bəhs olunur. Qeyd edək ki, birgünlük cücələr yalnız təsərrüfatlarda yetişdirilmək üçün gətirilir".

Xatırladaq ki, ötən gün müxtəlif saytlarda Dövlət Statistika Komitəsinin məlumatına istinad edilərək 2024-cü ildə Azərbaycanın xaricdən 12,9 milyon dollar dəyərində 16,5 milyon ədəd ev toyuğu idxal etməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda ən çox toyuğun Türkiyədən (11,8 milyon ədəd), ən az isə İspaniyadan (17,3 min ədəd) gətirildiyi qeyd olunub. Bunun əksinə ən baha qiymətə İspaniyadan (11,87 manat), ən aşağı qiymətə isə Türkiyədən (65 qəpik) idxal olunduğu vurğulanıb.

Son xəbərlər