Mojo.az Banner
22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapıldı

28.02.2025 16:00 678
İrandan Rusiyaya gedən maşında 97 kq narkotik tapıldı
Yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsi "Astara" gömrük postunun idxal nəzarət xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı iki paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner