Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan gömrükçülərindən ƏMƏLİYYAT: "Kahı" adı ilə narkotik keçirmək istədilər

01.08.2025 13:36 753
Azərbaycan gömrükçülərindən ƏMƏLİYYAT:
Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, "Cənub-Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində folqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kiloqram 295 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər